Rusiyada beş nəfər avtomobildə yanaraq ölüb 26-06-2022, 11:16 Rusiyanın Samara vilayətinin Kamışla kəndində 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.“İnterfax” xəbər verir ki, “Opel” markalı minik avtomobili xəndəyə girərək tövləyə çırpılıb. Nəticədə avtomobil yanıb.Sürücü və 4 sərnişin hadisə yerində ölüb. Qəza zamanı avtomobilin sürücüsü sərxoş vəziyyətdə olub.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş