Kəlbəcərə qanunsuz keçən Nazilə Səfərli həbs olundu, bir neçə polis işdən çıxarıldı

10-07-2022, 00:02           
Kəlbəcərə qanunsuz keçən Nazilə Səfərli həbs olundu,
Şair Nazilə Səfərli işğaldan azad olunan Kəlbəcər rayonuna qanunsuz yolla keçərək, orada nişan mərasimi edib.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, DİN-in İctimai Təhlükəsizlik idarəsi əməkdaşları Nazilə Səfərlini həbs edib. Ona 15 sutka həbs cəzası verilib.

Həmçinin qeyd olunub ki, Nazilə Səfərlinin Kəlbəcərə keçməsinə göz yuman Göygöl və Kəlbəcər rayonu polis əməkdaşlarından bəziləri işdən azad olunub, bəzilərinə töhmət verilib.

Hazırda Toğanalı kəndindəki polis postuna DİN İT İdarəsinin 70-dən çox əməkdaşı cəlb olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru