Nigeriyada qayıq aşıb, 17 nəfər ölüb 11-07-2022, 09:50 Nigeriyanın cənubunda qayığın aşması nəticəsində 17 nəfər ölüb.Bu barədə ölkənin Fövqəladə Hallar üzrə Milli Agentliyinin nümayəndəsi İbrahim Farinloy bildirib.“Axtarış işləri başa çatıb, sudan 17 nəfərin meyiti çıxarılıb”, - agentlik nümayəndəsi vurğulayıb.Xatırladaq ki, hadisə iyulun 8-də ölkənin Laqos ştatında baş verib. Ötən gün yerli orqanlar dörd nəfərin öldüyünü bildirmişdilər.Mənbə: TASS Facebook-da paylaş