Meksikanın Keretaro Beynəlxalq Hava Limanından qalxan “Piper PA-31” motorlu təyyarəsi qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə hava limanının tviter hesabında məlumat verilib.
Yerli KİV-in məlumatına görə, uçuş-eniş zolağından 800 metr aralıda şossedə baş verən qəza nəticəsində iki nəfər ölüb. Hadisə yeri hərbçilər tərəfindən dövriyyəyə alnıb.