Gürcüstana keçmək istəyən 180-dən çox rusiyalıya çağırış vərəqi verilib

3-10-2022, 08:59           
Gürcüstana keçmək istəyən 180-dən çox rusiyalıya çağırış vərəqi verilib
Səfərbərlikdən yayınan və Rusiyadan Gürcüstana getmək istəyən 180-dən çox şəxs sərhəddə çağırış vərəqəsi alıb.

Bu barədə bazar günü Şimali Osetiya hərbi komissarının müavini Abril Abdullayev məlumat verib.
Ətraflı

“Şimali Osetiya ərazisində Rusiya və Gürcüstan sərhədində 180-dən çox çağırış vərəqəsi təqdim edilib. Çağırış vərəqələri ölkənin müxtəlif regionlarından Gürcüstana getmək üçün növbə gözləyən vətəndaşlar tərəfindən alınıb”, - o bildirib.

Qeyd olunur ki, Gürcüstanla sərhəddə hərbi xidmətə çağırış üzrə operativ qrup işləyir və qismən səfərbərliyə məruz qalan Rusiya Federasiyasının vətəndaşlarına çağırış vərəqələri verilir. (Mənbə: TASS)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru