Rusiya ordusunun komandanı istefaya göndərildi 4-10-2022, 00:05 Rusiya ordusunun Qərb Hərbi Dairəsinin komandanı general-polkovnik Aleksandr Juravlev istefaya göndərilib.Rusiya mətbuatı xəbər verir ki, Qərb Hərbi Dairəsinin yeni komandanı vəzifəsinə general-leytenant Roman Berdnikov təyin edilib.Berdnikov əvvəllər Şərq Hərbi Dairəsinin silahlı birləşmələrinin komandanı olub, daha sonra Suriyadakı Rusiya qoşun qruplaşmasına komandanlıq edib. Facebook-da paylaş