Məktəbə hava hücumu - 50 ölü

6-10-2022, 00:04           
Məktəbə hava hücumu - 50 ölü
Efopiyanın Şimali Tıqray ştatında məcburi köçkünlərin qaldığı məktəb binasına hava hücumu nəticəsində azı 50 nəfər həlak olub.

Teref.az teleqraf.com-a istinadən bildirir ki, zərbə oktyabrın 4-də Adi-Daero şəhərinə endirilib. Ölənlərlə yanaşı, daha 70-ə yaxın adam yaralanıb.

Qeyd edək ki, son iki ayda Efiopiya Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarələr Tıqray ərazisindəki hədəflərə hücum edib.

Avqustun 24-də Efiopiya hökuməti və Tiqray üsyançılarının rəhbərliyi ötən ilin yazından onlar arasında mövcud olan humanitar atəşkəsi pozmaqda ittiham ediblər. Tiqrayın cənubunda və Amharanın şimalında döyüşlər gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru