Bakıda film kimi hadisə - Partlamaq təhlükəsi olan maşından insan belə çıxarıldı - ANBAAN VİDEO

5-12-2022, 11:27           
Bakıda film kimi hadisə -
Ötən gecə paytaxtın Qaradağ rayonu ərazisində maşın dərəyə aşıb, köməksiz qalan sürücü isə ətrafdakılar tərəfindən xilas edilib.

Hadisə barədə görüntülər BAKU.WS-in "qaynar xətt"inə daxil olub.

Qəza ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gecə Bakı şəhəri, Qaradağ rayonunun ərazisində baş verib:

"FHN-in “112” qanar telefon xəttinə daxil olan məlumata əsasən, "Ford" markalı minik avtomobili körpüdən aşıb, nəticədə avtomobildə yanğın baş verib. FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğın söndürülüb. Avtomobildəki şəxs isə FHN qüvvələri gələnə qədər təcili tibbi yardım briqadasına təhvil verilib".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.