İtaliyada “Koza Nostra” mafiyasının 10 üzvü həbs edilib

12-01-2023, 11:14           
İtaliyada “Koza Nostra” mafiyasının 10 üzvü həbs edilib
İtaliya polisi “Koza Nostra” (Cosa Nostra) mafiya şəbəkəsinə daxil olan 10 nəfəri həbs edib.

“Report” ANSA agentliyinə istinadən xəbər verir ki, “Kondor” əməliyyatı çərçivəsində həbs edilən Siciliya mafiyasının üzvləri narkotik vasitələrin qanunsuz dövriyyəsi və talanda şübhəli bilinir.

Əməliyyatda 100-dən çox polis əməkdaşı iştirak edib.

Hüquq-mühafizə orqanları yerli üzüm istehsalçılarının mafiyasının şantajı nəticəsində ərazidə onun qiymətinin 3 dəfə artdığını qeyd ediblər.

Polisin səyləri “Cosa Nostra” mafioz qrupunun başçısı, 30 ildir gizlənən “Diabolik” ləqəbli 60 yaşlı Matteo Messina Denaronun axtarışına yönəlib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.