Kəsəmənskinin bağ evində mühafizəçisinin meyiti tapıldı

12-01-2023, 11:44           
Kəsəmənskinin bağ evində mühafizəçisinin meyiti tapıldı
Bakıda bağ evindən mühafizəçinin meyiti tapılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Mərdəkan qəsəbəsi Yesenin küçəsində yerləşən və Rəşad İlham oğlu Kəsəmənskiyə məxsus olan bağ evinin mühafizə otağından orada mühafizəçi işləyən Şuşa sakini Samir Muradovun meyiti tapılıb. Meyit üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. S.Muradovun infarkt səbəbindən dünyasını dəyişdiyi ehtimal edilir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, R.Kəsəmənski biznes fəaliyyəti ilə məşğul olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru