Yaxın həftələrdə ukraynalı pilotlar F-16-da təlimlərə başlayacaq - Ağ Ev

22-07-2023, 07:47           
Yaxın həftələrdə ukraynalı pilotlar F-16-da təlimlərə başlayacaq - Ağ Ev
Yaxın həftələrdə ukraynalı pilotların ABŞ F-16 qırıcılarını idarə etmələri üçün təlimlərə başlanacaq.

APA xəbər verir ki, bu barədə cümə günü Aspen İnstitutunun təhlükəsizlik üzrə illik forumunda çıxış edən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

Sallivanın sözlərinə görə, ukraynalı pilotlar üçün təlim proqramı “son bir neçə həftə ərzində hazırlanıb”. O qeyd edib ki, pilotları F-16-nı idarə etmək üçün hazırlamaq adətən çox uzun vaxt aparır, lakin ABŞ prosesi sürətləndirməyə çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru