Türkiyənin Malatya vilayətində zəlzələ olub. Bu barədə Kandilli Rəsədxanasının rəsmi tviter səhifəsində məlumat yayılıb. Bildirilib ki, vilayətin Doğanşehir rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.2 ballıq maqnituda ilə qiymətləndirilib. Ocağı yerin 7.05 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.