Angela Merkelin beton abidəsi aşıb

16-09-2023, 14:04           
Angela Merkelin beton abidəsi aşıb
Almaniyanın keçmiş kansleri Angela Merkelin Yuxarı Pfalzda yerləşən beton fiquru gecə saatlarında aşıb.

Bu barədə abidəni hazırlayan heykəltaraş Vilhelm Kox məlumat verib.

“Təəssüf ki, 3D çapın çox da davamlı olmadığı və açıq havada istifadə üçün uyğunsuzluğu ortaya çıxdı”, - deyə heykəltaraş bildirib.
Qeyd edək ki, abidənin açılışı 2021-ci ildə Merkel hələ Almaniya hökumətinə rəhbərlik etdiyi vaxtlarda baş tutub. Bu fiqur siyasətçinin tez-tez geyindiyi şalvar və gödəkçədə at üzərində təsviri idi. Abidə 3D printer vasitəsilə təkrar emal olunmuş yüngül betondan hazırlanmışdı.

Mənbə: news.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru