“Li” qasırğası Kanadanın Yeni Şotlandiya əyalətinə çatıb

17-09-2023, 11:12           
“Li” qasırğası Kanadanın Yeni Şotlandiya əyalətinə çatıb
“Li” qasırğası Kanadanın Yeni Şotlandiya əyalətinə çatıb.

“Report” xəbər verir ki, Bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb

Bundan əvvəl ABŞ-dan olan sinoptiklər Li qasırğasının Atlantik okeanı üzərində hərəkət etdiyini və sentyabrın 16-da ABŞ-ın şimal-şərqində və Kanadanın şərq sahillərində quruya çatacağını bildirmişdilər. Proqnozlara görə, Amerika ştatlarında “Li” post-tropik siklona qədər zəifləsə də, Kanadanın sahilyanı əyalətlərində yenidən qasırğaya çevrilə bilər.

Meteoroloqlar qasırğanın saatda 35 kilometr sürətlə hərəkət etdiyini, küləyin sürətinin saatda 110 kilometrə çatdığını müəyyən ediblər. Onlar həmçinin güclü külək, yağış və sahil daşqınları barədə xəbərdarlıq ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru