Somalidə döyüş başlayıb

18-09-2023, 00:00           
Somalidə döyüş başlayıb
Somalinin qərbində Efiopiya hərbçiləri ilə radikal Əl-Şəbab qruplaşmasının yaraqlıları arasında şiddətli döyüş baş verib.

Bu barədə Reuters agentliyi hərbi toqquşmanın baş verdiyi ərazidə Rab Dhure şəhərinin sakinlərinə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, döyüş ağır silahlardan istifadə edilməklə aparılıb. Rab Dhure Somali ilə Efiopiya sərhədində yerləşir.

Öz növbəsində Somali xəbər portalı Garowe xəbər verir ki, Efiopiya ordusunun karvanı pusquya düşüb və hər iki tərəfdən itkilər olub. Somalinin digər xəbər portalı Somali Guardian isə 167 efiopiyalı əsgərin öldürüldüyünü yazır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru