İngiltərədə yeddi yaşlı uşaq kiçik qardaşını qaçırılmaqdan xilas edib

18-09-2023, 09:58           
İngiltərədə yeddi yaşlı uşaq kiçik qardaşını qaçırılmaqdan xilas edib
Mançesterdə mağazada bir kişi üç yaşlı uşağı qaçırmağa cəhd edib, lakin böyük qardaşı onu xilas edib.

Ana və iki uşağı Mançesterdə ticarət mərkəzində alış-verişə gedib. Qadın kassada pul ödəyərkən yeddi və üç yaşlı iki oğlu onun yanında dayanıb.

Qəflətən yaşlı bir kişi oğlanlardan birinə yaxınlaşaraq onu kobudcasına tutub aparmağa çalışıb. Uşağın böyük qardaşı oğurluğun qarşısını ala bilib. Yeddi yaşlı uşaq üç yaşlı qardaşının ayağından yapışaraq qışqırıb.
Hadisəni törədən şəxs həbs edilib. Onun 60 yaşlı yerli sakin olduğu məlum olub. Adam oğurluğuna cəhdə görə məhkəmə onu 3 il 2 ay müddətinə azadlıqdan məhrum edib.

Mənbə: gazeta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.