Bakıda kütləvi dava olub, bıçaqlananlar var

18-09-2023, 09:11           
Bakıda kütləvi dava olub, bıçaqlananlar var
Bakının Nəsimi rayonunda kütləvi dava zamanı üç nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə metronun Memar Əcəmi stansiyasının yaxınlığında yerləşən iaşə obyektlərinin birində baş verib.

Belə ki, kafedə dava zamanı 1996-ci il təvəllüdlü Nəsibov Orxan Sabutay oğlu, 1996-ci il təvəllüdlü Zeynalov Ceyhun Mübariz oğlu və 1991-ci il təvəllüdlü Məmmədli Orxan Atamoğlan oğlu müxtəlif xəsarətlər alıb. Onlar Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Növbətçi həkimin verdiyi məlumata görə, O.Nəsibov və O.Məmmədli bıçaq xəsarətləri alıb. Vəziyyətləri ağır qiymətləndirilir.

Faktı Nəsimi Rayon Polis İdarəsi və 19-cu polis şöbəsinin əməkdaşları araşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru