Cavanşir Quliyev bu gün evə buraxılır 20-02-2024, 19:56 Bir neçə gün öncə Türkiyədə ağır cərrahiyə əməliyyatı keçirən tanınmış bəstəkar Cavanşir Quliyevin vəziyyəti artıq yaxşıdır.Bu barədə Lent.az-a onun yaxın dostu, rejissor Ramiz Mirzəyev məlumat verib.“O artıq özünü yaxşı hiss edir, bu gün evə buraxılacaq. Bir neçə gün evdə istirahət etdikdən sonra Bakıya dönəcək. Hər şey yaxşıdır”, - o bildirib. Facebook-da paylaş