Dağıstanın Kizlyar rayonunda yeniyetmə qız ehtiyatsızlıqdan pnevmatik tüfənglə özünü vurub. Referans.az xəbər verir ki, bu barədə rayon prokurorluğunun mətbuat xidməti məlumat yayıb. “Kizlyar rayonunda 2009-cu il təvəllüdlü qız pnevmatik tüfənglə ehtiyatsız davranıb, nəticədə baş nahiyəsindən yaralanıb”, - məlumatda deyilir.