Terrrora görə daha bir nəfər həbs olundu

6-04-2024, 08:49           
Terrrora görə daha bir nəfər həbs olundu
Rusiyanın paytaxtı Moskva yaxınlığındakı “Crocus Hall”da törədilən terror aktı ilə bağlı iş üzrə daha bir nəfər həbs olunub.

Modern.az xəbər verir ki, qərar Moskvanın Basmannı məhkəməsi tərəfindən qəbul edilib.

Hadisə ilə əlaqədar Tacikistan vətəndaşı olan Məhəmməd Zoir Şaripzoda barədə həbs qərarı verilib.

O, terror aktı törətməkdə ittiham olunur və iş üzrə tutulan 11-ci müttəhimdir.

Xatırladaq ki, martın 22-də axşam saatlarında “Crocus City Hall” binasında terror aktı törədilib. Hadisə nəticəsində 144 nəfər həlak olub, 551 nəfər yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru