Moskvada polislərə hücum edilib: ölən var

8-04-2024, 08:45           
Moskvada polislərə hücum edilib: ölən var
Rusiyanın paytaxtı Moskvada iki polis əməkdaşına hücum edilib.
Bildirilib ki, polislərə hücum Moskva yaxınlığında narkotacirlərin yaxalanması əməliyyatı zamanı baş verib. Əməliyyat zamanı cinayətkarlar polislərə silahlı müqavimət göstəriblər.

Nəticədə polis əməkdaşlarından biri ölüb, digəri isə reanimasiyaya yerləşdirilib.

Cinayətkarların şəxsiyyətinin müəyyən edilməsi və tutulması istiqamətində axtarış tədbirləri davam etdirilir.
RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru