Atanın sərxoş halda sükan arxasına oturması qızının ölümü ilə nəticələndi

12-06-2024, 15:54           
Atanın sərxoş halda sükan arxasına oturması qızının ölümü ilə nəticələndi
Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində baş verib.

VAZ-2106 markalı avtomobili sərxoş vəziyyətdə idarə edən Hacıqabul sakini, Qismət Xıdırov avtomobili beton arakəsməyə çırpıb. Nəticədə avtomobildə olan sürücünün 20 yaşlı qızı Züleyxa Xıdırova xəstəxanaya çatdırılarkən yolda ölüb.

Avtomobildə olan üç nəfər ailə üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru