Azay Quliyev Qazaxıstan Parlamentinə təkliflər verib

30-08-2016, 21:14           

teref.az - Bu gün, 30 avqust, 2016-cı il tarixində, ATƏT Parlament Assembleyasının vitse-prezidenti cənab Azay Quliyev Qazaxıstanın Parlament Senatının sədri cənab Kassım-Jomart Tokayev və Parlamentin Məclis sədri cənab Nurlan Niqmatulinlə görüşüb.
Görüşlər zamanı, cənab Quliyev Qazaxıstan Parlamentinin ATƏT PA-dakı rolunu yüksək qiymətləndirib və ATƏT PA və Qazaxıstanın ikitərəfli əməkdaşlığı ilə bağlı, həmçinin Qazaxıstan nümayəndə heyətinin ATƏT PA və bütün Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın daha da möhkəmlənməsində yaxından iştirakına dair bir sıra təkliflər səsləndirib.
Öz növbəsində, Qazax Parlamentinin hər iki palatasının sədrləri diqqəti ATƏT PA ilə aralarında əməkdaşlığın daha da inkişafı və dərinləşməsi üçün Qazaxıstanın güclü siyasi iradəsi olması faktına yönəldiblər.

Qazax Parlamentinin hər iki Palatasının sədrləri bildiriblər ki, ATƏT PA-nın vitse-prezidenti tərəfindən səsləndirilən fikirlər lazımi qaydada nəzərdən keçiriləcək və müvafiq rəylər Qazaxıstanın ATƏT PA-dakı nümayəndə heyəti tərəfindən təqdim ediləcək.

ATƏT-in Astanadakı Proqram Ofisinin rəhbəri səfir Gyorgi Szabo da görüşlərdə iştirak edib.
Azay Quliyev Qazaxıstan Parlamentinə təkliflər verib














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru