İslam Kərimov xalqa müraciət etdi

1-09-2016, 00:17           
İslam Kərimov xalqa müraciət etdi
Özbəkistanın Prezidenti İslam Kərimov Respublikanın müstəqilliyinin 25 illiyi münasibətilə xalqı təbrik edib.

Oxu.az xəbər verir ki, prezidentin təbriki Özbəkistanın dövlət televiziyasının efirində səsləndirilib.

İslam Kərimov öz müraciətində ölkənin iqtisadi inkişafından danışaraq cari kursun davam etdirilməsinin vacib olduğunu vurğulayıb.

Efir zamanı həmçinin digər dövlət və hökümət başçıları tərəfindən Özbəksitan liderinə ünvanlanan təbrik məktubları oxunub.

Xatırladaq ki, İslam Kərimov avqustun 27-də beyin insultu keçirib və xəstəxanaya yerləşdirilib. Avqustun 29-da onun öldüyü barədə xəbərlər yayılsa da, rəsmən təsdiqini tapmayıb. Rusiyadan onun müalicəsi üçün həkimlər dəvət edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru