Azərbaycanlı Kərbalada 60 dərəcə istiyə dözməyərək öldü- FACİƏ

1-09-2016, 13:29           

Azərbaycanlı uşaq İraqın Kərbəla şəhərində faciəli şəkildə ölüb.
Gununsesi.info report.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Zahir Əmənov məlumat verib.
O bildirib ki, Masallı rayonun Ərkivan qəsəbə sakini Habil Rəhimov Kərbəlada ailəsi ilə olarkən 60 dərəcə istidə 5 yaşlı qızı Zəhra dünyasını dəyişib. Z.Rəhimov Kərbəla şəhərində torpağa tapşırılıb.
Uşağın günvarmadan öldüyü ehtimal edilir.
Onun sözlərinə görə, Z.Rəhimovun atası Rəhimov Habil İltizam oğlu Suriyada dini təhsil alırmış. Suriyadakı məlum hadisələrdən sonra o, təhsilini Nəcəf şəhərində davam etdirib. Bu səfərdə də məqsəd H.Rəhimovun dövlət imtahanı verməsi ilə bağlı olub.
“Rəhmətə gedən Zəhra Habil Rəhimovun üç uşağından ortancılı idi. Valideynlərinin verdiyi məlumata görə, onun daha bir uşağı orada ağır xəstələnib”, – Z.Əmənov əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru