Xocalı qəhrəmanı “Mixaylo”nun oğlu polis rəisi təyin edildi – Təyinat

2-09-2016, 14:43           

Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub.

Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsinin (PB) rəisi, polis mayoru Murad Hüseynov vəzifəsindən azad edilərək Xəzər RPİ 1-ci PB-nin rəisi təyin edilib. (Report)

1-ci PB-nin rəisi, polis mayoru Zaur Əliyev isə Nəsimi RPİ-nin 22-ci PB-yə rəis təyin olunub. 22-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Mahir Məmmədov isə sərəncama göndərilib.

Qeyd edək ki, M.Hüseynov Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru