Tağı Əhmədov:“Akif Çovdarov qələt eləyir”

8-09-2016, 18:33           
Tağı Əhmədov:“Akif Çovdarov qələt eləyir”
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və nəqliyyat sahələrində təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət əməllərinin, qanunsuz addımlarının sayı bitib-tükənmək bilmir və bir-bir üzə çıxmaqda davam edir.

Gununsesi.info-nun məlumatına görə, belə cinayət əməllərindən biri də onun vaxtı ilə Bakı Metropoliteninin sabiq rəisi, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri və adıçəkilən təşkilatın himinin sözlərinin müəllifi Tağı Əhmədovdan 3 milyon rüşvət almasıdır. Bu əməlini təbii ki, keçmiş nazir Eldar Mahmudovun xəbər olmadan etməsə də, gözüdoymazlığı ilə ad çıxaran A. Çovdarov “səxavətli” T. Əhmədovu nə az-nə çox, düz 3 milyon “tərlədib”.

Bu yerdə qeyd edək ki, bu məsələ barədə aylardır yazılsa da, T. Əhmədov susmağa, mediadan qaçmağa çalışır. Bu günlərdə isə məlum olub ki, A. Çovdarov T. Əhmədovla üzləşmək istəyir. Bununla və haqqında səsləndirilən digər bir çox məsələlərlə bağlı Gununsesi.info-nun əməkdaşı T. Əhmədovun özünə telefon açıb. O, əməkdaşımızla söhbətində Çovdarovun üzləşmək təklifinə “yox” cavabını verib.

Eyni zamanda, qısaca “Akif Çovdarov qələt edir” – deyərək , “ənənəvi şəkildə” telefonunun dəstəyini asıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru