Azərbaycanda doğuş zamanı daha bir ölüm hadisəsi qeydə alınıb. teref.az report.az-a istinadən xəbər verir ki, bu barədə Ağcabədi rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, rayon mərkəzi xəstəxanasında 22 yaşlı Nurlana Quliyeva qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.