Ər arvadını baltaladı- Bakıda dəhşətli qətl

9-09-2016, 21:32           

Bu gün Bayıl qəsəbəsi Xanlar küçəsi, ev 10 mənzil 4 ünvanında qətl hadisəsi qeydə alınıb.
Bu barədə Gununsesi.info-ya Səbail rayon Polis İdarəsindənməlumat verib. Bildirilir ki, həmin ünvanda yaşayan Məzahir Qasımi həyat yoldaşı Fərizəni balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Hadisə yerinə baxış keçirilib, cinayətin aləti olan balta maddi sübut kimi götürülüb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat hərəkətləri həyata keçirilib.
Hadisəni törədən M. Qasımi saxlanılıb.
Hazırda faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru