Masallıda istirahət mərkəzi yandı

10-09-2016, 10:16           

Masallıda yanğın hadisəsi qeydə alınıb.
teref.az-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı şəhərində vətəndaşa məxsus istirahət mərkəzinin ərazisində ümumi sahəsi 72 m2 olan lambirdən ibarət 3 otaqlı kotecin 2 otağının yanar konstruksiyaları və içərisində olan əşyalar 50 m2 sahədə yanıb.
Kotecin qalan hissəsi, yaxınlıqdakı digər koteclər və meşə ərazisi yanğından mühafizə olunub. Yanğın saat 22:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru