Bakıda baltalanaraq öldürülən qadın Milli Məclisdə sektor müdiri olub

10-09-2016, 20:36           
Bakıda baltalanaraq öldürülən qadın Milli Məclisdə sektor müdiri olub
Bakının Bayıl qəsəbəsində həyat yoldaşı tərəfindən baltalanan qadın 30 ilə yaxın dövlət qulluğunda çalışıb bu yaxınlarda yaşı ilə əlaqədar təqaüdə çıxıb.

APA-nın məlumatına görə, öldürülən Fəridə Məcidova Milli Məclis aparatında sektor müdiri vəsifəsində çalışıb və ötən il yaşı ilə əlaqədar təqaüdə göndərilib. O, ümumən 30 il Milli Məclis aparatında müxtəlif vəzifələr tutub.

Qeyd edək ki, sentyabrın 9-da Səbail rayon Polis İdarəsinin yaydığı məlumata əsasən Bayıl qəsəbəsi, Xanlar küçəsi ev 10, mənzil 4 ünvanında yaşayan Məzahir Qasımi həyat yoldaşı Fəridəyə balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hadisəni törədən M. Qasımi saxlanılıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru