SOCAR-ın ofisi hansı təşkliata veriləcək?

12-09-2016, 12:48           
SOCAR-ın ofisi hansı təşkliata veriləcək?
Bu ilin sonuna kimi SOCAR-ın mənzil-qərargahının bütün heyəti SOCAR Tower-ə köçəcək.

Bəs köhnə ofis necə olacaq? Bu tarixi bina dövlətə qaytarılacaq, yoxsa SOCAR-ın balansında qalacaq? Məsələ burasındadır ki, Azərbaycanın neft sənayesini 1920-ci ildə Rusiya kommunistləri milliləşdirib, bu zaman indiki bina “Azneft”ə verilib.

Turan-ın məlumatına görə, bu binada “Azneft” İstehsalat Birliyi yerləşəcək. O, hazırda “Nərimanov” metrostansiyasının yaxınlığında yerləşir. “Birlik özü ofis tutur və buna xeyli vəsait ödəyir”,- deyə agentliyin müsahibi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru