Bakıda etiraz aksiyası: Sakinlər ağaclarla yolu bağladı -Fotolar

14-09-2016, 08:10           
Bakıda etiraz aksiyası: Sakinlər ağaclarla yolu bağladı -Fotolar
Bakıda bina sakinləri yolu bağlayıblar. Buna səbəb yolu bağlayan sakinlərin bir neçə gündür susuz qalması olub

Hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində baş verib. Qəsəbənin "Dərə" deyilən ərazisində yeni tikilən binaların sakinləri etiraz aksiyası keçiriblər.

teref.az-nun məlumatına görə, sakinlər musavat.com-a bildiriblər ki, bir neçə gündür susuz qalıblar. Onların susuz qalmasının səbəkarı isə, yeni inşa edilən binaların komendatı olub.

Belə ki, sakinlərdən su pulunu yığan komendat həmin məbləği "Azərsu"ya ödəməyib. Yaranan 33 min manatlıq borca görə sakinlərin suyu kəsilib.

Yaranmış vəziyyətdən narazı olan sakinlər sentyabrın 13-ü saat 22:30 radələrində binanın yaxınlığındakı avtomobil yolunu bağlayıblar. Sakinlər yola ağaclar düzərək hərəkəti məhdudlaşdırıblar.

Hadisə yerinə Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları gəliblər. Sakinlərlə söhbətdən sonra yol açılıb.

Polis əməkdaşları sakinlərə bununla bağlı "Azərsu"ya və aidiyyəti qurumlara müraciət etməyi məsləhət görüblər.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru