Meksika sahillərində 5.9 bal gücündə zəlzələ qeydə alınıb.
TASS xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Qeyd olunur ki, yeraltı təkanların episentri 160 minə yaxın sakinin yaşadığı Mansanilyo şəhərindən 279 kilometr cənub-qərbdə olub. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.