Qusarda məhv edilən silahlı ilə bağlı yeni fakt: İŞİD bayrağı ilə... - TƏFƏRRÜAT

17-12-2024, 15:46           
Qusarda məhv edilən silahlı ilə bağlı yeni fakt: İŞİD bayrağı ilə... - TƏFƏRRÜAT
Qusarda məhv edilən silahlı ilə bağlı yeni faktlar məlum olub.

TEREF lent.az-a istinadən xəbər verir ki, radikal təriqətçi olduğu bildirilən, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Alxas Şıxmətov kənd ərazisində silahla dolaşaraq insanları qorxuya salırmış.

Alnında İŞİD-in rəmzi olan sarğı ilə gəzməsi isə kənd camaatını tamamilə təşvişə salıb. Sakinlərin şikayəti əsasında əməliyyat keçirən polisə qarşı Şıxmətov silahlı müqavimət göstərib və vəziyyət nəzarətdən çıxmaq dərəcəsinə çatıb.

Təhlükəli radikalçı sonda polis əməkdaşlarının müdaxiləsi ilə məhv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru