Nahar və şam yeməyi arasında ideal interval nə qədər olmalıdır?
Bu gün, 11:08
Nahar və şam yeməyi arasında ideal interval adətən 4-6 saat hesab olunur. Foodinfo.az xəbər verir ki, bu müddət mədənin qidanı rahat həzm etməsi üçün yetərlidir, qanda şəkərin sabit səviyyədə qalmasına kömək edir, həddindən artıq ac qalma nəticəsində şam yeməyində artıq yemənin qarşısını alır.Məsələn, əgər saat 13:00-da nahar etmisinizsə, şam yeməyi üçün ən uyğun vaxt 17:00–19:00 arasıdır.Əgər arada aclıq hiss edirsinizsə, bu intervalda yüngül və balanslı bir qəlyanaltı – məsələn, bir ovuc çiy badam, qatıq, təzə meyvə və ya tərəvəz – yemək faydalı ola bilər.Yatmazdan ən az 2–3 saat əvvəl yeməyi bitirmək də həm həzm sisteminin, həm də yuxunun keyfiyyətinə müsbət təsir göstərir.