Kazino kralı kimi tanınan şəkili Yusifin "sağ əli" həbs edilib. TEREF Oxu.az-a istinadla xəbər verir ki, kazino kralının yardımçısı, "Əhmədli Pərviz" kimi tanınan Pərviz Abgül oğlu Məmmədov istintaqdan yayınıb. O, cinayət məsuliyyətindən boyun qaçıraraq, 4 ay gizləndikdən sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.