4 yaşlı uşaq əməliyyatdan bir gün sonra öldü

14-12-2016, 00:17           

İmişlidə 4 yaşlı uşaq əməliyyatdan bir gün sonra ölüb.

teref.az-nun apa-ya istinadən məlumatına görə, İmişli rayonunun Muradxanlı kənd sakini, 2012-ci il təvəllüdlü Hüseyn Balakişi oğlu Mehdiyevi dekabrın 7-də "kriptorxizm” diaqnozu ilə rayon xəstəxanasının cərrahiyyə şöbəsində əməliyyat olunub. Həkimlərin bildirdiyinə görə, əməliyyat normal keçib, əməliyyat öncəsi pasiyentdə heç bir əks göstəriş aşkar edilməyib.

Amma buna baxmayaraq dekabrın 8-də axşam saatlarında uşağın vəziyyəti pisləşib və həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru