İndiyədək Şimali Qafqazda 200-dən çox dini lider qətlə yetirilib

23-02-2017, 09:01           
İndiyədək Şimali Qafqazda 200-dən çox dini lider qətlə yetirilib
Onlar həqiqi islami dəyərləri təbliğ etdiklərinə görə terrora məruz qalıblar
Şimali Qafqazda cərəyan edən dini ekstrimizm və radikalizm rəsmi Kremli ciddi narahat edir. Moskvadakı müxtəlif müsəlman təşkilatlarının təmsilçiləri bununla bağlı narahatlıqlarını bildirirlər. “Şimal xəbərləri” Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə paytaxtında Şimali Qafqaz müsəlmanları koordinasiya mərkəzinin iclasında qurumun rəhbəri Şafiq Pişixaçev indiyədək Cənub Dairəsində 200-dən çox həqiqi islami dəyərləri təbliğ edən dini liderin öldürüldüyünü bəyan edib. Onun açıqlamasına görə, məhz bu liderlərin ekstrimizmə və terrorizmə qarşı fəaliyyəti nəticəsində Şimali Qafqaz Suriya, Liviya və İraqa çevrilməyib.
Əlisultan
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru