Akademiya məzununun meyiti tapıldı - Bakıda FACİƏ

24-02-2017, 11:44           
Akademiya məzununun meyiti tapıldı - Bakıda FACİƏ
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az xəbər verir ki, Sabunçu qəsəbəsində yaşayan 1992-ci il təvəllüdlü Məmmədov Tural Kəmaləddin oğlu mənzilin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Hadisə vaxtı 25 yaşlı Tural evdə tək olub. Axşam saatlarında işdən qayıdan atası onun hamamda vəfat etdiyini görüb və bu barədə polisə məlumat verib.

Bildirilir ki, T.Məmmədov Gəmiçilik Akademiyasının məzunu olub və işə girməyə hazırlaşırmış.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru