Poroşenko Saakaşvili ilə dalaşan qalmaqallı məmuru qovdu - Video
27-06-2015, 14:03
Ukraynanın Dövlət Aviasiya Xidmətinin başçısı Denis Antonyuk xidməti istintaq müddəti qurtaranadək tutduğu vəzifədən azad edilib.
Avropa.info xəbər verir ki, bu haqda ölkə prezidenti Pyotr Poroşenko bəyan edib.
“Odessa əyalətinin başçısını və infrastruktur nazirini çağırdı. Saakaşvili və Pivovarskinin arqumentlərini dinlədim. Bu nəticəyə gəldik ki, Aviasiya Xidmətinin başçısı Antonyuk istintaq müddətinin sonunadək vəzifəsindən uzaqlaşdırılacaq”- Poroşenko bu haqda "Facebook" səhifəsində yazıb.
Qeyd edək ki, dünən Saakaşvilinin nazirliyin komissiyaları ilə keçirdiyi iclasda böyük qalmaqal yaşanmışdı. Saakaşvili təyyarə marşrutlarına nəzarət məmuru rüşvətxorluqda, dövlət səlahiyyətlərini oliqarxiyanın maraqlarına satmaqda ittiham etmişdi. O, İnfrastruktur naziri Andrey Pivovarskidən təyinatlar verən komissiyanın buraxılmasını tələb etmişdi.