ABŞ-da 35 yaşlı erməni övladını oğurlamaqda şübhəli bilinərək həbs edilib
24-04-2017, 08:24
ABŞ-ın Kaliforniya ştatının Pasadin şəhərinin polisi 5 yaşlı erməni əsilli uşağı axtarır. teref.az yazır ki, "Report"un məlumatına görə, bu barədə "KTLA" xəbər verib. Xəbərdə bildirilir ki, yaxınları 5 yaşlı Aramazd Andreasyanla sonuncu dəfə çərşənbə axşamı "Skype" vasitəsilə danışıblar. Uşağın anası onun itməsi barədə polisə şənbə günü – atası azyaşlını evə qaytarmadıqda məlumat verib. Cənubi Pasasinin sakini Aramazd Andreasyan (ata) Arroyo qoruğunda huşsuz vəziyyətdə, şəxsi avtomobilinin yanında tapılıb. Lakin azyaşlı atasının yanında tapılmayıb. 35 yaşlı erməni uşağını oğurlamaqda şübhəli bilinərək həbs edilib. Hazırda polis təlim görmüş itlərlə Arroyo qoruğu ərazisində azyaşlını axtarır. Qeyd edilir ki, 5 yaşlı Aramazdın valideynləri 1 il əvvəl boşanıblar. Onlar övladlarına növbəlilik əsasında baxıblar.