Xəstəxana yaxınlığında naməlum kişi meyiti aşkarlanıb - Bakıda

24-04-2017, 10:10           
Xəstəxana yaxınlığında naməlum kişi meyiti aşkarlanıb - Bakıda
Bakıda xəstəxana yaxınlığında naməlum kişinin meyiti tapılıb.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Maştağa qəsəbəsi, Xanlar Səfərəliyev küçəsi, 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının poliklinikasının yaxınlığında təxminən 40-45 yaşlı kişinin meyiti aşkarlanıb. Meyit müayinə olunması üçün Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru