ABŞ Ukraynaya maliyyə yardımını 70% azaldır

25-04-2017, 08:44           
ABŞ Ukraynaya maliyyə yardımını 70% azaldır
ABŞ hökuməti 2018-сi ildə Ukraynaya maliyyə yardımının həcmini 70% azaltmaq barədə qərar qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə “Foreign Policy” nəşri yazıb.

Əvvəl Ukraynaya 570 milyon dollar ayırmağı planlaşdıran rəsmi Vaşinqton, bu məbləği 177 milyon dollaradək azaldıb.

Bundan əlavə bir neçə inkişaf etməkdə olan ölkələrə də ayrılan yardımın azaldılması nəzərdə tutulub.

Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bricit Brink Ukraynaya ayrılan yardımının azaldılacağını bəyan etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.