Siyavuş Novruzov Milli Məclisdə etiraz etdi

25-04-2017, 15:02           
Siyavuş Novruzov Milli Məclisdə etiraz etdi
"Valyutadəyişmə məntəqələrinin ləğvi edilməsi ilə “qara bazar” yarandı. "Qara bazar"da vətəndaşları aldadılır və insanlar bundan əziyyət çəkir”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov “Valyuta tənzimi haqqında” qanunda dəyişikliklərin müzakirəsi zamanı deyib.

Millət vəkili valyutadəyişmə məntəqələrinin bağlanmasına etiraz edib: “Axı, bu var idi, sadəcə, təkmilləşdirmək olardı. Bazar günləri bir neçə valyutadəyişmə məntəqələri fəaliyyət göstərir. Qarşısında növbə olur. Məntəqələrin ləğvi nə üçün edildi, bunun nəyi ziyan ola bilərdi? Biri bunu izah etməlidir. Valyutadəyişmə məntəqəsinin açılması üçün tələb olunan depozit düzgün qərar deyil. Çünki məntəqəni işlədənin gəliri müxtəlif ola bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru