Mosulda İŞİD silahlıları 15 dinc sakini qətlə yetirib 26-04-2017, 08:36 Polis forması geyinmiş İŞİD silahlıları Mosulda “Köhnə şəhər” rayonuna daxil olaraq 15 dinc sakini qətlə yetirib. APA-nın xəbərinə görə, bu barədə “Frans Press”ə İraq hərbi komandanlıqdakı mənbə bildirib. Öldürülənlərin arasında əksəriyyəti qadın və uşaqdır. Facebook-da paylaş