67 yaşlı kişi evində yanaraq ölüb - Bakıda

26-04-2017, 12:16           
67 yaşlı kişi evində yanaraq ölüb - Bakıda
Bakıda yaşayış evi yanıb.

Suraxanı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Qaraçuxur qəsəbəsi, Şadlinski küçəsi ev 1 A ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən evin yanaraq konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yanğın kəşfiyyatı zamanı ev sahibi, 1950-ci il təvəllüdlü Asadulun Siaddin Alimoviçin yanmış meyiti aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.