Yeni şəffaf cinslər çıxdı, hər kəs etiraz etdi
27-04-2017, 09:26
“Topshop” brendinin hazırladığı yeni cins modeli ciddi etiraz doğurub. Bu barədə lenta.ru saytı UPI-yə istinadən xəbər verir. Yeni model Amerika saytında 100 dollara satılmağa başlanıb. Təsvir olunana əsasən, bu cinsləri festivallarda və müxtəlif məzmunlu partilərdə geyinmək nəzərdə tutulub.
Kampaniya stilistlərinin fikrincə, şalvarlar həm də gündəlik həyatda geyinməyə uyğundur. Onları bikini, müxtəlif palktarlar, geniş sviterlərlə də kombin etmək olar. Məhsulun reklam olunduğu səhifədə belə yazılıb: “İnsanların sizi müzakirə edəcəyi dəqiqdir, buna əmin ola bilərsiz”.
Twitter istifadəçiləri şəffaf (altdan geyinilən paltarı dəqiq göstərən) cinsləri təhlil edərək, onların praktik geyim olmadığını bildiriblər. Onların fikrincə, marka eksperimentləri ilə çox uzağa gedib. Hətta internet istfadəçilərindən biri məhz bu cür yazıb: “Topshop, evə get, sən sərxoşsan”.
İstifadəçilər həmçinin bildiriblər ki, bu materialdan hazırlanan cinslər sağlamlığa da ziyandır.