Moskvada vəkil xanım güllələndi 27-04-2017, 09:32 Moskvada naməlum şəxs qadın vəkili öz evində güllələyib.Axar.az RİA-ya istinadla xəbər verir ki, hadisə ilə bağlı cinayət işi qaldırılıb.İstintaqın ilkin versiyasına görə, cinayətkar vəkilə iki dəfə atəş açıb. Aldığı yaralardan qadın yerindəcə keçinib.Qətlin vəkilin peşə fəaliyyəti ilə bağlı olduğu istisna edilmir.Qətl işi Moskva prokuroru istintaqı nəzarətə götürüb. Facebook-da paylaş