“Maaşlar 1 manat artırıldı” yazmaq... - Nazirlik

27-04-2017, 09:33           

Nazirlər Kabinetinin qərarı ilə bağlı məlumat verilərkən bir sıra mətbu orqanlarda bunun “əmək haqlarının 1 manat artırılması” kimi təqdim edilməsi yanlışdır.

Bu sözləri Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. O bildirib ki, qeyd olunan qərar Nazirlər Kabinetinin müvafiq normativ hüquqi aktının Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğunlaşdırılması məqsədinə xidmət edir:

“Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncama əsasən minimum əmək haqqının məbləği bu ilin əvvəlindən 10,5 faiz artırılaraq 116 manat məbləğində müəyyən edilib. Bununla bağlı olaraq, Nazirlər Kabineti “Azərbaycanda Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”ndə dəyişiklik edərək, həmin işçilərin minimum vəzifə maaşlarının müəyyən olunmuş minimum əmək haqqı səviyyəsindən aşağı olmamasını təmin edib.

Mətbu orqanlarda bunun “əmək haqlarının 1 manat artırılması” kimi anlaşılması və təqdim edilməsi yanlışdır”.

Qeyd edək ki, son on il ərzində minimum əməkhaqqının məbləği 3,5 dəfə, ölkə üzrə orta aylıq əməkhaqqı 3,3 dəfə artıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.